Peşəkar şəxslə söhbət

    29.09.2023-cü il tarixində H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin Peşə təmayüllü 10p sinif şagirdləri ilə "Peşəkar şəxslə söhbət" mövzusunda tədbir keçirildi. Məktəbin peşəkar biologiya müəllimi Rəsulova Bahar və peşəkar aqronom Nəsirov Elsevər şagirdlərə peşə seçiminə gələcək həyatımızda etdiyimiz seçimin oynayacağı rola dair məlumat verdilər,şagirdlərin suallarını cavablandırdılar.

Xüsusilə aqronom ixtisası üzrə təhsil alan şagirdlərimiz Bahar müəllimənin gələcək nəsillərimizi sağlam yaşam tərzi ilə təmin etmək üçün təbiəti qorumaq və daha çox təbii orqanik yetişdirilmiş məhsullara üstünlük vermək mövzusunda etdiyi təqdimatı maraqla dinlədilər.

Şagirdlərə, təhsil almağımızda, müəyyən bir sənətin mütəxəssisi olmağımızda ən əsas məqsədlərimizdən birinin uğurlu karyera qurmaq olduğu söylənildi.

Nəticə olaraq qeyd edildi ki, karyera planlaması uzunmüddətli bir prosesdir. Bu proses şəxsin məktəbdə təhsil aldığı dövrdən başlayaraq bütün həyatı boyunca davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi