Şəhidlərimizi qürur və ehtiramla anırıq!

    44 gün ərzində igid oğullarımızın, qəhrəman hərbçilərimizin rəşadəti sayəsində, şəhidlərimizin qanı hesabına tariximizə zəfər sevinci yazıldı. Bu gün azad olunan torpaqlarımızda qürurla üçrəngli bayrağımız dalğalanır. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz hər birimizin fəxarət ünvanıdır.

Şəhidlərimizin xatirəsini yad etmək üçün 27 Sentyabr - Anım Günü ilə bağlı H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Nurəddinova Sevda rəhbəri olduğu 3d sinif şagirdləri ilə Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərimizin məzarı üzərinə tər qərənfillər düzüb,ruhları qarşısında baş əydilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi