Ruhunuz qarşısında baş əyirik,torpağı Vətənə çevirən qəhrəmanlar!

    Dünyada hər şey gözəldir,lakin ən müqəddəs duyğu Vətəni özününkü olduğu üçün sevmək,qoynunda boya başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.

Döyüşlərdə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən şəhidlərimiz qəhrəmanlıq salnaməsinə adlarını yazmaqla Vətənin bölünməzliyinə imza atdılar.

Şəhidlik elə bir mötəbər zirvədir ki,hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur.

Bu məqsədlə 27.09.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Rzayeva Səmayə 10a sinif şagirdləri ilə dəyirmi masa təşkil etdi. Müəllim şagirdlərə 44 günlük müharibə haqqında ətraflı məlumat verdi,şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi