Şəhidlərin ömrü dünya qədərdir

    Biz müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda savaşan, xalqının firavanlığı üçün canını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq. Onlar ömürlərini vətənin azadlığı və millətimizin rifahı üçün fəda ediblər. Şəhidlərimizin hər birinin adı tarixə qızıl hərflərlə yazılıb. Gələcək nəsil üçün misilsiz qəhrəmanlıq örnəyidir şəhidlərimiz. Şəhidlərimizin məzarı hər birimiz üçün müqəddəs ziyarətgahdır!

27.09.2023 -cü il tarixində Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə bir qrup şagird və müəllim kollektivi məktəbimizin şəhid məzunları Ceyhun Nəhmətovun,Qasım Abdullazadənin,Kamran Şirəliyevin və digər şəhidlərimizin şərəfinə ucaldılmış "Abidə kompleksi"ni ziyarət etdilər,ruhlarına dualar oxudular.

Sonra şəhidlərimizin valideynləri və qazilərimizlə birlikdə "Şəhid Bulağını"ziyarət etdik.Şəhidlərimizi unutmadıq,unutdurmadıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi