27 Sentyabr-Anım Günü

    Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla yad edirik.

Bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitləri, şəhidləri dərin ehtiramla anır!

27 Sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir. 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artiq 3 il ötür.

Bu münasibətlə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 27 sentyabr Anım Günü ilə bağlı silsilə tədbirlər keçirildi. Şəhidlərimizin ruhu ehtiramla yad edildi. Şagirdlərimiz məktəbin həyətində şəhid məzunlarımızın xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdilər. Abidənin önünə tər qərənfillər düzüldü, onların ruhuna dualar oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi