Salam məktəb

    15 sentyabr...İlk dərs və Bilik günü...Əslində bu iki məqamın eyni tarix altında birləşdirilməsi çox təbiidir,çünki bilik tədrisin məntiqi nəticəsidir,deməli,hər şey məktəbdən başlayır.

Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi,möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə,təhsil işçilərinə diqqət və qayğısı,səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar müntəzəm xarakter daşıyır.

Bildiyiniz kimi 2023-cü il "Heydər Əliyev ili" elan edilmişdir.Bu Ulu Öndərin təhsilə çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə,xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.

15 sentyabr Bilik günü Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də böyük təntənə ilə qeyd edildi. Ulu Öndər Heydər Əliyevin təhsilə,müəllimlərə göstərdiyi xüsusi qayğısından geniş söhbət açıldı.

Hörmətli müəllimlər,əziz şagirdlər,yeni tədris ilində sizə uğurlar arzulayırıq! Ümid edirik ki,bu gün,sizlər üçün unudulmazlar sırasına öz xoş təəssuratları ilə həkk olunacaq.Bilik gününüz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi