Qanla yazılmış şanlı tariximiz

    Azərbaycan və Anadolu türklərini taleyini acılı-şirinli günlər birləşdirir.Bununla əlaqədar olaraq tarixin yaddaşında bir çox olaylar silinməz izlər buraxmışdır.Şanlı tarixə malik olan bu iki qardaş xalq 105 il bundan əvvəl yenidən zamanın sınağına çəkildi.Onların birlikdə təşkil etdiyi Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarında öz qanları ilə tarix yazaraq Bakını bolşevik-erməni işğalından azad etdilər.Azərbaycan və Osmanlı türklərinin qardaşlığına,dostluğuna dair tarixin qoynunda çoxsaylı olaylar,qəhrəmanlıq nümunələri yatır.Hətta taleyüklü məsələlərin həllində belə,bu xalqlar düşmüş olduqları çətin,ağır vəziyyətlərdə bir-birinə yardım əllərini uzatmışlar.

Bakının bolşevik daşnak işğalından azad edilməsində şəhidlik məqamına yüksələn,öz tökülən qanları ilə tarix yazan iki türk əsgərinin məzarı Mərdəkanda H.Z.Tağıyev adına 123 saylı məktəbin həyətində əbədi ziyarət məkanımızdır.

    15 sentyabrda bu şanlı tarixin 105-ci ildönümü ilə bağlı adıçəkilən məktəbdə anım günü keçirildi.

    Tədbirdə Türkiyə Dövlətinin Azərbaycandakı sabiq səfiri, "İMZA"Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Hulusi Kılıç,BŞTİ-nin dərsdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova,Xəzər Rayon YAP təşkilatının sədri Namiq Əhmədov,Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov,Mərdəkan İcra nümayəndəsi İlqar Müqbilov,Xəzər rayon İH əməkdaşları iştirak etdilər.

    Tədbiri məktəbin direktoru Sevinc Mustafayeva açaraq yaddaşlara əbədi həkk olunmuş tariximizdən danışdı.

Hulusi Kılıç öz çıxışında qeyd etdi ki, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi tarixə bütün türk xalqlarının milli qurtuluş hərəkatında unudulmaz şanlı bir mərhələ kimi daxil olmuşdur.Həmin gün qazanılmış savaş gerçək bir hürriyyətə aparan zəfər,milli tariximizin şanlı bir səhifəsi idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi