H.Z.Tağıyevi dərin hörmətlə yad edirik.

    Hər ilin sentyabrın 1-də Tağıyevsevənlər onun dəfn olunduğu abidənin qarşısında toplaşaraq onu böyük hörmətlə və ehtiramla yad edirik. Bu il də onun ailə üzvləri, Azərbaycan Milli Tarix muzeyinin direktoru Nailə xanım ,onunla bərabər rəhbərlik etdiyi muzeyin əməkdaşları, çox hörmətli tarixçilərimiz Firdovsiyə xanım, Fərhad bəy, Səidə xanım , H.Z. Tağıyev adına 123 saylı məktəbin direktoru Sevinc xanım, onun rəhbərlik etdiyi məktəbin müəllim və şagirdlərindən ibarət qrup, Mərdəkanda hal hazırda fəaliyyət göstərən idarə və İcmaların rəhbərləri, görkəmli şəxslərin övladları, kənd ağsaqqalları, mətbuat nümayəndələri və qəsəbə sakinləri Hacının işığına toplaşdı. Hamı onun xalqı və vətəni üçün gördüyü böyük işlərdən ürəkdolusu danışdı. Hacının ruhuna dualar oxundu, məzarı üzərinə tər çiçəklər qoyuldu, xatirə şəkilləri çəkildi. Toplantıdan əvvəl Hacı adını daşıdığı 123 saylı məktəbdə müəllim və şagirdlər tərəfindən böyük hörmət və ehtiramla yad edildi. Məktəb həyətindəki büstü qarşısına çiçəklər düzüldü. Yığıncaqda məktəbin direktoru Sevinc Mustafayeva çıxışında 130 yaşı olan məktəbin keçdiyi yol, Hacının qəsəbədəki kasıb balalarının savadlanması üçün arzularından danışdı. Məktəbdə çalışan müəllim və şagirdlərin Hacının adına layiq öz işlərini quracaqlarını, təhsildə yeni nailiyyətlər qazanacaqlarını söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi