“İrəli” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının X konfransına hazırlıq işləri davam etdirilir. Bu məqsədlə təşkilatın “İrəli” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Təranə Qafarova hesabat məruzəsi ilə çıxış edərək fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, hesabat dövrü ərzində partiya sıraları kəmiyyət və keyfiyyət baxımından genişlənib. Vurğulanıb ki, təşkilatda qeydiyyatda olan hər bir üzv partiya tərəfindən keçirilən ictimai-siyasi tədbirlərdə fəal iştirak edir.Yığıncaqda çıxış edən partiya üzvləri hesabat məruzəsini qənaətbəxş hesab ediblər. Daha sonra təşkilati məsələlər müzakirə olunub, yeni tərkib və X konfransa nümayəndələr seçilib.YAP Xəzər rayon təşkilatının 14 saylı Bakı şəhər xəstəxanasının ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında qurumun sədri Mehriban Nadirovanın hesabat məruzəsi dinlənilib, ilk partiya təşkilatının yeni tərkibi və rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilib.Bundan başqa, rayon təşkilatının 123 saylı orta məktəbin ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Ərazi ilk partiya təşkilatının sədri Gülnarə Əzimovanın hesabat məruzəsi dinlənilib və səsə qoyularaq qənaətbəxş hesab olunub. Sonda təşkilatın yeni tərkibi müəyyən olunub, X konfransa nümayəndələr seçilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi