"Şəhidlər ölməzdilər"

19.01.2017-ci il tairxində H.Z.Tağıyev adına 123 №-li tam orta məktəbdə 20 Yanvar şəhidlərinin 27-ci anım gününə həsr edilmiş "Şəhidlər ölməzdilər..." adlı tədbir keçirildi.Tədbirdə məktəbin rəhbərliyi, K.Cəlilova, Z.Sanıyeva, G.Əzimova və məktəbin tarix müəllimləri S.Rzayeva, M.Kərimli, məktəbin kitabxanaçısı N.Süleymanova, UBR Ş.Orucova çıxış etdilər.Onlar çıxışlarında “qanlı yanvar” hadisələrinin baş vermə səbəblərindən, günahsız qurbanlardan, əhalinin başına gələn müsibətlərdən söhbət açdılar.Şagirdlər çıxışlarında şer söylədilər, ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.Video görüntülərə baxıldı, o dəhşətli faciə bir daha gözlərdə canlandırıldı. "At, o qara örpəyi" qısametrajlı bədii filmi nümayiş etdirildi.Filim tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.Tədbirdən sonra məktəb rəhbərliyi şagidlərlə birlikdə Fəxri Xiyabana və Şəhidlər xiyabanını ziyarət etdilər. Ulu Öndərmizin və Şəhidlərimizin məzarları üzrəinə tər qərənfillər düzdülər. Allah bütün şəhidlərimizə rəhmət eləsin !!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi