IX-XI sinif şagirdləri ilə maarifləndirici söhbətlər

    Bu günün gəncləri sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. İnternet asılılığı dünyada ciddi xəstəliyə çevrilməkdədir. Bu elə xəstəlikdir ki, insan buna özü də bilmədən, fərqinə varmadan tutulur. İnternet asılılığı vaxt itkisi ilə yanaşı insanları real həyatdan uzaqlaşdıraraq ətraf aləmlə ünsiyyətinə məhdudiyyət yaratması ilə uzun illərdir gündəmdədir. Gənc nəslin informasiya mənbəyi olan sosial şəbəkədən düzgün yararlanması,yalnız tanışlıq "çatları" na üstünlük verməsi onları özləri də bilmədən internetin əsirinə çevirməsidir. Narkotik maddələrin gənc nəsil arasında yayılmasının qarşısını almaq və İnternetdən təhlükəsiz istifadə etmək məqsədilə 07.06.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə tədbir keçirildi. Məktəbin direktoru Sevinc Mustafayeva, Xəzər RPİ-nin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili bölməsinin baş inspektoru, polis mayoru Xəyalə Həsənova və Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlar üzrə inspektoru, polis polkovnik-leytenantı Bayram Mirzəyev 9-11-ci sinif şagirdləri ilə bu mövzu ətrafında maarifləndirici söhbətlər apardılar. Şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi