İnsan Hüquqları Aylığı

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkarolunmaz bir hüquq kimi qəbul olunub.06.06.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "İnsan Hüquqları Aylığı" çərçivəsində siniflərdə maarifləndirici tədbir təşkil olundu. Tədbirdə şagirdlərin hazırladıqları videoçarxlar izlənildi. Onları maraqlandıran müxtəlif suallara cavab verildi.