Uşaqların nağıl dünyası

    1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir. Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin 1 iyunda bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq. Hər il olduğu kimi bu il də 01.06.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Uşaqların nağıl dünyası" adlı tədbir təşkil olundu. Tədbirdə şagirdlərin nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratdı. Uşaqlar ümidlərimizin, gələcəyimizin nümayəndələridir. Gəlin onlara dəstək olaq, hüquqlarını qoruyaq, sevgi ilə böyüdək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi