Müstəqilliyimiz əbədidir

    26.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin VI-VII sinif şagirdlərinin iştirakı ilə "28 May Müstəqillik günü" nə həsr olunmuş tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümünün qeyd edilməsi, müsəlman Şərqində ilk demokratik dövlətin yaranması, Azərbaycan xalqının keçdiyi müstəqillik tarixi haqqında şagirdləri məlumatlandırmaqdan ibarət idi. Tədbirdə “Müstəqillik Günü”nə həsr olunmuş videoçarx nümayiş olundu, şagirdlərin ifasında şeirlər, mahnılar və rəqslər təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi