İstedadlı şagirdlərimiz

    İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Elə uşaqlar olur ki, zamanında bu istedadı inkişaf etdirə bilmir, istedad onun daxilində, ürəyinin bir küncündə dəfn olunur. O bilir ki, içində doğulan, lakin ayaq tutub yerimək səadətini yaşamayan bir aləm yatır. Əlbəttə, bu, insana hər zaman ağrı verir. Bəzi hallarda valideynlərin, müəllimlərin onlara qayğı göstərməməsi səbəbindən istedad cilalanıb üzə çıxa bilmir. Ancaq bununla bərabər kifayət qədər istedadı tamamlanan, ifadə olunan uşaqlar da var və bu uşaqların aləmi bizləri özünə cəlb edir. Azərbaycan tarixən istedadlar diyarıdır. İstedadlı uşaqlar həm ailələr, cəmiyyət, həm təhsil müəssisələri, həm də dövlətimiz tərəfindən lazımi səviyyədə qayğı ilə əhatə olunur. Bizim məktəbimizdə də kifayət qədər istedadlı şagirdlər vardır.Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Sərbəst Güləş idman növü üzrə Uşaqlar və Yeniyetmələr arası Birincilikdə 5d sinif şagirdi Hüseynov Ayxan Elşən oğlu I yerə,Əliyev Əli Valeh oğlu III yerə layiq görülmüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi