İstedadlı şagirdlər

    Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı uşaqların üzə çıxarılması,onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması,inkişaf etdirilməsidir. İstedadlı uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir. Qürur hissi ilə qeyd etmək istərdik ki, məktəbimizdə kifayət qədər istedadlı şagirdlər vardır. Belə şagirdlərimizdən biri 11 b sinif şagirdi Hacızadə Əvəzağa Rafiq oğludur. O, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş gənc ifaçıların IV Respublika Müsabiqəsində II yer tutduğuna görə diplomla təltif olunmuşdur. Bundan başqa IVb sinif şagirdi İsmayılova Dəniz İsmayıl qızı Azərbaycan Gənclər İttifaqının təşkil etdiyi Bədii qiraət üzrə yarışmada I yer tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi