Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş idman yarışı

    11.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş voleybol yarışı təşkil olundu. Yarış məktəbin İlk Həmkarlar Təşkilatı tərəfindən keçirildi. Təşkilatın sədri Əzimova Gülnarə yarış iştirakçılarını salamladı. Məktəbin direktoru Mustafayeva Sevinc müəllimə yarış iştirakçılarına uğurlar dilədi. Məktəb müəllimlərinin və texniki heyətin iştirak etdiyi voleybol yarışında 4 komanda yaradıldı. Oyunlar gərgin keçdi. Dostluq şəraitində keçən oyunda komandalar müvafiq yerlərə layiq görüldülər. Sonda qaliblər fəxri fərman və hədiyyələrlə təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi