Qardaşlaşmış məktəblər 4-cü görüş

    10.05 2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Türkiyə Respublikasının İstanbul şəhərindəki Tezer Taşkiran adına məktəblə "Qardaşlaşmış məktəblər" layihəsi üzrə 4-cü onlayn görüş keçirildi. Görüşü məktəbin direktoru Mustafayeva Sevinc xanım açıq elan etdi, hər iki məktəbin müəllim və şagirdlərini salamladı. O, qeyd etdi ki, bu günkü görüş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdur. Bu görüş İstanbuldakı məktəbin müəllim və şagirdlərinin Ulu Öndərin 100 illiyinə töhfəsidir. Onlar Ümummilli liderin həyat və fəaliyyətinə, Türkiyə dövləti ilə Azərbaycan dövlətinin dostluq əlaqələrinin inkişafında nə qədər böyük əməyinin olduğuna dair bildiklərini söylədilər. Sonda layihə rəhbəri Əzimova Gülnarə çıxış edərək, qeyd etdi ki, Ulu Öndər millətinə, torpağına qəlbən bağlanan, onu irəli aparan, həyatının bahasına belə xalqının tarixini yaradan bir liderdir. O, çox uzaqgörən tarixi şəxsiyyətdir. "Bir millət, iki dövlət şüarını söyləməklə o, xalqlarımız arasındakı dostluq əlaqələrini daha da möhkəmlətdi, bu dostluğun əbədi və daimi olması üçün çox çalışırdı. Ulu Öndərin bizə miras qoyduğu dostluq əlaqələrini indi onun varisi hörmətli prezidentimiz İlham Əliyev cənabları davam etdirir. Məktəblərimiz arasında dostluğun da inkişaf etməsi üçün var gücümüzlə çalışacağıq. Dostluğumuz əbədi və daimidir. Yaşasın Türkiyə və Azərbaycan xalqlarının dostluq və qardaşlığı! Sonda o, qardaş Türkiyədən olan müəllim və şagirdlərə bu günkü görüşə görə təşəkkürünü bildirdi, hər iki məktəb müəllim və şagirdləri tərəfindən bu dostluq tellərinin daha da möhkəmləndirilməsini arzuladı və hamıya uğurlar dilədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi