Heydər Əliyev-tarixi şəxsiyyət

    Hər bir xalqın uzaq və yaxın keçmişində, onun taleyində həlledici təsir göstərmiş, ölkənin adını həm milli həmdə bəşər tarixinə şərəflə həkk etdirmiş, əsrlər boyu formalaşmış milli mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyində uğurlar müəyyənləşdirmiş dahilər çox deyil. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə,ilk olaraq Azərbaycan xalqının öndəri , bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş, unudulmaz rəhbərimiz Heydər Əliyevi xatırlayırıq. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyini, problemlərini həll edən dahi , tarixi şəxsiyyət olmaqla yanaşı, həmdə tarixi yaradan şəxsiyyətdir. H.Z.Tagıyev adına 123 nömrəli tam orta məktəbin 3d sinfində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Nümunəvi xətt" müsabiqəsi keçirildi. Şagirdlər ilk olarq Ulu Öndər Heydər Əliyevin gözəl xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra şagirdlər Ulu Öndərin uşaqlara aid dediyi gözəl kəlamları öz xətləri ilə yazdılar! Gözəl, orfoqrafik ,hüsnxət normalarına riayət edən şagirdlər müəllimlər tərəfindən seçildilər. Qalib şagirdlər diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi