Tarix yazan lider-Heydər Əliyev

    Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi.O,öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir.

Azərbaycan tarixinin şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun və bütöv şəxsiyyət obrazı hər bir azərbaycanlıya həmişə canlı nümunə olmuş və gələcəkdə də mükəmməl örnək olacaqdır. Bu il Ulu Öndərimizin 100illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə 10.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına123 saylı tam orta məktəbdə tədbir təşkil olundu. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıldı.Sonda şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi