Heydər Əliyev və Müstəqil Azərbaycan

    Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş şəxsiyyətləri var. Azərbaycanın böyük oğlu, müdrik siyasətçi, dövlət başçısı və dövlət xadimi, böyük ürək və zəka sahibi olan Heydər Əliyev də məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladıdır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Müstəqil Azərbaycan yaşadıqca,Ulu Öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 08.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin rəhbərliyi və bir qrup müəllim heyəti Xəzər rayonu Mərdəkan qəsəbəsində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər qoyub,ruhuna dualar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi