Şagird davranış qaydaları

    Gənc nəslin tərbiyəsinin düzgün qurulmasında ümumtəhsil məktəblərində davranış qaydalarının uşaqlara çox kiçik yaşlarda öyrədilməsinin böyük əhəmiyyəti vardır. Ailədə, məktəbdə, ictimai yerlərdə davranış qaydaları, danışıq mədəniyyəti, nəzakət qaydaları və s. maarifləndirmə işinin təşkilində məktəbin üzərinə olduqca böyük məsuliyyət düşür. Məhz bu səbəbdən 08.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-i Ş.Orucova "4d "sinif şagirdləri ilə mövzu ilə əlaqədar maarifləndirici söhbət apardı. Şagirdlər mövzu ilə bağlı videoçarx izlədilər. Daha sonra şagirdlərin də fikirləri dinlənildi və sualları cavablandırıldı. Sonda şagirdlər bu qaydalara riayət edəcəklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi