Su həyatdır, həyatın özüdür

    Su bütün canlıların həyatında mühüm yer tutur. Heyvanlar və bitkilər,xüsusən də insanlar sudan asılı olaraq həyatlarını davam etdirirlər.

    Su ətraf aləm üçün mühüm həyati amillərdən biridir. Hər şey sudan əmələ gəlir,su olan yerdə həyat da var. Həyatı susuz təsəvvür etmək olmaz. Həyat və su bir-birindən ayrılmazdır. Əgər indidən suya qənaət etməsək yaxın gələcəkdə qlobal su qıtlığı ilə üzləşəcəyik.

    Bu məqsədlə 05.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Su həyatdır, həyatın özüdür" adlı maarifləndirici tədbir təşkil olundu. Tədbirdə məktəbin 7-ci sinif şagirdləri iştirak etdilər. Şagirdlər maraqlı videoçarxlar izlədilər, onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi