Sən elə bir zirvəsən

    Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.

Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir.

    10 May! Müqəddəs tarix kimi mənəviyyatımıza daxil olmuş bu gün xalqımızın taleyinə, yaddaşlara qızıl hərflərlə həkk olunmuş və iftixar hissi ilə yad olunan bir gündür. Bu xoşbəxt gündə müstəqil Azərbaycanın xilaskarı, tarixdə əbədi yaşayan Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev dünyaya gəlib. Sağlığında əməlləri ilə özünə mənəvi heykəl ucaltmış görkəmli siyasətçi, dövlət xadimi, mütəfəkkir, böyük azərbaycanlı Heydər Əlirza oğlu Əliyevdir.

    Bu il Ulu Öndərimizin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə 04.05.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə möhtəşəm tədbir təşkil olundu. Şagirdlərin ifasında bir-birindən maraqlı mahnılar, şeirlər səsləndirildi, rəqslər nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi