Heydər Əliyev Mərkəzinə ekskursiya

    Şagirdlərin dərs yükü ağır olduğundan ekskursiyalara hər zaman ehtiyac olur. Bu ekskursiyalarda, tədbirlərdə iştirak etmək şagirdlər üçün çox maraqlıdır. 28.04.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin fənn müəllimi Mustafayeva Xatirə rəhbəri olduğu 7e sinif şagirdlərini Heydər Əliyev Mərkəzinə ekskursiyaya apardı.

    Şagirdlər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən "Azərbaycan inciləri" sərgisi ilə tanış oldular. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi