Su hövzələrinin çirklənmədən qorunması

    Susuz həyat yoxdur. Su minlərlə bitki və heyvan üçün yaşayış mühitidir. İnsanlar və bütün canlılar yalnız şirin sudan istifadə edə bilir. Çirklənmədən ən çox şirin su mənbələri zərər çəkir. Çünki məişətdə, texnikada və kənd təsərrüfatında işlənən sular çayların və şor olmayan göllərin suyudur. Suyun çirklənməsinin qarşısını almaq və ondan qənaətlə istifadə etmək hamının borcudur.

Mövzu ilə əlaqədar olaraq 10.04.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kimya müəllimi S.Mustafayeva 7e sinfində nümunəvi dərs keçdi. Dərs zamanı şagirdlər sudan səmərəli istifadə etmək, su hövzələrini çirklənmədən qorumaq, suya qənaət etmək kimi maarifləndirici təqdimatlar, plakatlar hazırlamışdılar. Əmin olduq ki, hər bir şagird su ehtiyatından qənaətlə istifadə edəcək və su hövzələrini çirklənmədən qoruyacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi