Zərifə Əliyeva-Nəciblik və mənəvi paklıq timsalı

    Hər kəsə xatirəyə çevrilmək şərəfi nəsib olmur.Yalnız müdrikliyi, sağlığı, səmimiliyi, vətəndaşlıq mövqeyi, şəxsi mənafeyindən daha çox başqalarını düşünmək bacarığı ilə seçilənlər, şübhəsiz ki, millətin qəlbində əbədi yaşamağa layiqdir.

    Bəli, Azərbaycan tarixi şərəfli səhifələrlə zəngindir və bu amil xalqını, millətini düşünərək böyük işlər görən insanların adlarıyla bağlıdır. Belə insanlar haqqında tarixin bundan sonrakı mərhələlərində də daim danışılacaq, söz açılacaq. Haqqında danışacağınız Zərifə xanım Əliyeva da belə insanlardandır və onun adını çəkərkən, keçdiyi şərəfli, mənalı, keşməkeşli ömür yolundan, gördüyü işlərdən söz açarkən, qürur, iftixar hissi keçirməyimiz təsadüfi deyil. Təəssüf hissi doğuran məqam ondan ibarətdir ki, o, bu gün bizim aramızda yoxdur. Amma sevinirik ki,     Zərifə xanım aramızdan qəlbimizə köçüb və nə qədər ki, dünya var, o yaşayacaq, keçdiyi ömür yolunun hər addımı zaman-zaman araşdırılacaq, bundan ən çox qazanan isə Azərbaycan xalqı olacaq.

    Nəcib əməllər sahibi, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyini yad etmək məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin X-XI sinif şagirdləri onun həyat və elmi fəaliyyətini əks etdirən videoçarxlara baxdılar. İctimai xadim,alim Zərifə xanım Əliyeva ilə qürur duyduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi