İnsan var üzündən, insan var izindən tanınar

    Üzündən tanınanların ömrü yaşadıqları günlərin sayı qədər olur və sonradan unudulur, zaman ötdükcə hətta yaxınlarının da xatirindən silinirlər. Onları xatırlamağa, yad etməyə zərurət belə yaranır.

    Lakin izindən tanınanlar əməllərilə insanların, zaman-zaman formalaşan nəsillərin qəlbində hər vaxt ucalır, əbədi yaşamaq haqqı qazanır. Belə şəxsiyyətlərin qoyduqları iz neçə-neçə insanın həyat yoluna çevrilir və bu yol onlara hər zaman uğur gətirir.

    Belə şəxsiyyətlərdən biri də bütün ömrünü xalqının, millətinin yolunda şam kimi əridən, tarixdə və insanların qəlbində dünya durduqca yaşamaq haqqı qazanan, sadəliyi ilə bəşəriyyəti, ucalığı ilə göyləri fəth edən Zərifə Əliyevadır.

Azərbaycan xalqının müasir tarixində və insanların qəlbində xüsusi yeri olan Zərifə xanım Əliyeva haqqında danışmaq şərəfli olduğu qədər də məsuliyyətlidir.

    Azərbaycan tibb elminə böyük tövhələr verən görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmək məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında VII b sinif şagirdləri dəyirmi masa ətrafında akademik Zərifə Əliyevanın elmi araşdırmaları, monoqrafiyaları haqqında məlumat verdilər. Onun tibbə verdiyi tövhələr dünyanın elmi ictimayyətinin qazandığı ehtimadın əsərləridir.

    Zərifə xanımın əziz xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi