Qardaşlaşmış məktəblər 3-cü görüş

    18.04.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Türkiyədəki Tezer Taşkıran adına məktəblə növbəti canlı efir bağlantısı təşkil olundu. Bağlantını təşkil edən Əzimova Gülnarə müəllimə tədbirin həm məktəbdəki, həm də Türkiyədə olan məktəbin müəllim və şagirdlərini salamladı. Bu günkü görüşün tarixi hadisələrə həsr olunacağını söylədi.Türkiyədəki məktəbin direktoru Adnan Aslanın və məktəbin fənn müəllimi Aysel müəllimə, onun şagirdlərinin belə görüşlərin onlar üçün çox faydalı olduğunu söyləmələri hamını sevindirdi.

Osmanlı imperiyasına həsr olunan tarix dərsini məktəbimizin müəllimi Məşədibəşirzadə Nüşabə hazırlamışdı. Müəllimə tədbir iştirakçılarını salamlayaraq,dərsə başladı. Şagirdlər verilən sualları cavablandırır, öz bilik və bacarıqlarını böyük həvəslə nümayiş etdirdilər.

Dərs bitəndən sonra Türkiyədən olan müəllim və şagirdlər deyilənlər haqqında öz rəy və fikirlərini söylədilər. Dərs maraqlı alındı. Qarşılıqkı əməkdaşlıq şəraitində keçən tədbir hər iki tərəfin iştirakçıları tərəfindən rəğbətlə qarşılandı, gələcəkdə də belə dərslərin mütəmadi keçirilməsi arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi