BMT-nin "Davamlı inkişaf hədəflərinə"həsr olunmuş IIU-nin beynəlxalq onlayn konfransı

    Martın 31-də IIU (International Internship University) tərəfindən UN'in (Birləşmiş Millətlər təşkilatının) SDGs (Dayanıqlı İnkişaf Məqsədləri) mövzusunda virtual konfrans keçirildi. Niyə məhz bu mövzu? Çünki yaşadığımız planet hər birimizin ümumi evidir və hər kəs təmiz, sağlam, təhlükəsiz mühitdə yaşamaq istəyər. Elə bu səbəbdən adıçəkilən mövzu IIU tərəfindən işıqlandırılan mövzular içərisində xüsusi çəkiyə malikdir və periodik olaraq ona müraciət olunur.

Onlayn tədbirdəki müəllim və şagird heyəti, əsasən, Gürcüstan və Azərbaycandan idi. Fəxri qonaqlar sırasında Böyük Britaniyadan Prof. Dr. Queen Elizabeth Lucas-Afolalu, Filippindən Ass. Prof. Froilan D. Mobo, Banqladeşdən Prof. Shahriar Parvez, Malayziyadan Prof. Khaeruddin Sudharmin və Xorvatiyadan Prof. Nada Ratković vardı.

Bizim məktəbimizdən İngilis dili müəllimi Vəfa Salehova "Life below water" (Sualtı həyat), və 8a sinif şagirdi Nihat Qədirli də "Quality Education " (Keyfiyyətli təhsil), dekabrın 16-sında isə 9b şagirdi Gülşən Mirzəyeva "Climate change" ( İqlim dəyişikliyi) hədəfləri ilə bu virtual konfransda speaker olaraq çıxış ediblər.

Fəxri qonaq olan professorlar tərəfindən təqdirə layiq görülüb konfransın sonunda hər üçü də iki fərqli beynəlxalq sertifikat ilə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi