Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş idman yarışı

    17.04.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş idman yarışı təşkil olunmuşdur. Yarış məktəbin İlk Həmkarlar Təşkilatı tərəfindən keçirildi. Təşkilatın sədri Əzimova Gülnarə yarış iştirakçılarını salamladı.

    Məktəb müəllimlərinin və texniki heyətin iştirak etdiyi yarışda idmanın şahmat, dama və nərd oyunlarında 42 nəfər öz gücünü sınadı. Məktəbin direktoru Mustafayeva Sevinc müəllimə yarış iştirakçılarına uğurlar dilədi, özünün də yarışda iştirak edəcəyini söylədi.

    Ayrı-ayrı növlər üzrə yaradılan komissiya tərəfindən püşklər atıldı və gərgin oyunlar başladı. Qaliblər müəyyən olana qədər həzin musiqi sədaları altında maraqlı oyunlar hamı tərəfindən izlənilirdi.

    Hər üç növ üzrə qaliblər müəyyənləşdi. Şahmat üzrə İsgəndərov Ş, nərd oyunu üzrə Mustafayeva S, dama oyunu üzrə Cəlilova K.1-ci yerə layiq görüldülər.

Sonda qaliblər yəni I, II, III yeri tutan həmkarlar təşkilatının üzvləri fəxri diplom və hədiyyələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi