Qardaşlaşmış məktəblər 2-ci görüş

    04.04.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə İstanbul şəhərindəki Tezer Taşkıran adına orta məktəblə növbəti canlı efir bağlantısı oldu. Hər iki dövlətin Azərbaycan və Türkiyənin himnləri canlı olaraq məktəbimizin şagirdlərinin ifasında səsləndi. Bu görüş 2016-cı ildə aprel döyüşlərinə və şəhidlərə həsr olunmuşdu. Məktəbin direktoru Mustafayeva Sevinc müəllimə görüş iştirakçılarını salamladı. 2016-cı ildə aprel döyüşləri haqqında tədbir iştirakçılarına məlumat verdi. 4 günlük döyüşlərin qazanılan Zəfər qələbəmizdə nə qədər rolu olduğunu qeyd etdi. Canlı bağlantıları təşkil edən coğrafiya fənn müəllimi Əzimova Gülnarə müəllimə bütün şəhidlərə rəhmət dilədi, məktəbin məzunu Kamran Şirəliyevin adını vurğuladı. Aprel döyüşlərində şəhid olan Kamran qəhrəmancasına döyüşmüş, şəhidlik zirvəsinə ucalmışdır.

Məktəbin tarix fənn müəllimi Kərimli Məlahət və psixoloqu Əsgərova Aygün Kamranın məktəb illərində necə şagird olması haqqında danışdılar.

3a sinif şagirdi Ə.Fidan şəhidlərə həsr edilən şeir söylədi, Ə.Əsnad isə qürurla bayrağımızla rəqs etdi. Türkiyədən olan şagirdlər və müəllimlər çıxış etdilər, igid şəhid oğullarımıza rəhmət, ruhlarınının şad olmasını dilədilər. Şəhidlər bir dəqiqə sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi