Heydər Əliyev Mərkəzinə Ekskursiya

    Şagirdlərin dərs yükü ağır olduğundan ekskursiyalara hər zaman ehtiyac olur. Bu məqsədlə 13.04.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin bir qrup müəllim və şagird heyəti Heydər Əliyev Mərkəzində ekskursiyada oldular. Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı mərkəzin əməkdaşları şagirdlərə qeyri-adi mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə Ümummilli liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər,eləcə də müxtəlif eksponatların nümayiş etdirildiyini bildirdilər.

    Məktəblilər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən "Azərbaycan inciləri"sərgisi ilə tanış oldular. Onlar sərgi vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan Azərbaycan haqqında olduqca maraqlı məlumatlar əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi