Şanlı qələbəmizin başlanğıcı

Vətən torpağının azadlığı uğrunda, Aprel döyüşlərində canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-i Ş.Orucova, kitabxanaçısı N.Süleymanova və pisxoloqu A.Əsgərova IX siniflər arasında "Breyn-rinq" yarışması təşkil etdilər. Şagirdlər verilən suallara tam dolğun cavab verdilər, bilmədiklərini öyrəndilər, bildiklərini daha da möhkəmləndirdilər. Böyük həvəs və coşqu ilə baş tutan yarışmada 166 balla IX b sinfi,156 balla IX a sinfi,113 balla IX d sinfi qalib olub, diplomla təltif olundular.