Əzizimiz, Həmid Musayev

Novruz bayramı münasibətilə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin coğrafiya fənn müəllimi Əzimova Gülnarə, valideyn Süleymanzadə Pərvanə və sinif yoldaşları Sevinc, Fatimə, Zeynəb, Rəhilə, İbrahim və Məhəmməd XI sinif şagirdi evdə təhsil proqrami üzrə təhsil alan Musayevlər ailəsinin övladı Musayev Həmidin qonağı oldu. Həmid bu gəlişə çox sevindi. Həyatda heç vaxt özünü tənha hiss etməyən, böyük ürəyi, böyük arzuları olan Həmid və anası gələnlərə öz təşəkkürünü bildirdi. Əslən Şuşadan olan ailə tezliklə doğma şəhərlərinə köçəcəyi günü gözlədiklərini , hörmətli Prezidentimiz İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər. Həmid bu il XI sinifi bitirib, universitet tələbəsi olmaq və sonradan mütəxəssis kimi Şuşada işləmək arzusunda olduğunu söylədi. Gəzmək onun üçün çətin olsa da o arzusuna çatmaq üçün bütün çətinlikləri dəf edəcəyini, qalib olacağını bildirdi. Səmimi keçən görüşə məktəbin direktoru Sevinc xanim da onlayn görüntülü qoşuldu, o, Həmidə ən xoş və ən gözəl arzularını söylədi, ona gələcək işlərində uğurlar arzuladı. Sonda xatirə şəkilləri çəkildi.