Qardaşlaşmış məktəblər

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Türkiyədəki Tezer Taşkiran adına məktəblə "Qardaşlaşmış məktəblər" layihəsi daxilində telekörpü yaradıldı. 30 il ərzində Azərbaycan - Türkiyə dostuq əlaqələrinin yaradılmasında böyük zəhməti olan Coğrafiya fənn müəllimi Əzimova Gülnarə tədbir iştirakçılarına bugünkü bağlantının məqsədini və əhəmiyyətini çatdırdı. Müəllimə keçən tədbir ilində "Anadolu Qafqaza könül körpüsü" adlanan eTvinning layihəsinin qalibi olmuş, indi də onun ardınca "Qardaşlaşmış məktəblər" adlanan layihəni davam etdirdiyini söylədi. Hər iki məktəbin direktorları tədbir iştirakçılarını salamladılar. Məktəbin direktoru Sevinc xanim Türkiyədəki zəlzələ nəticəsində dünyasını dəyişənlərə görə qardaş məktəbin müəllim və şagird kollektivinə baş sağlığı verib, yaxınlarına səbr dilədi. Tədbirdə hər iki məktəbin müəllimləri və şagirdləri bir-birilərinə ürək sözlərini söylədilər. Ən çox sevinən şagirdlər belə bağlantının çox olmasını, onların dostluğunun gələcəkdə də davam edəcəyini, hətta bir-birilərinin məktəbində qonaq olacaqlarını arzuladılar. Maraqlı keçən onlayn görüş mütəmadi olaraq təşkil olunacağı hər iki məktəb tərəfindən rəğbətlə qarşılandı. Bir millət, iki dövlət olan Azərbaycan - Türkiyə dostluğu daimidir, əbədidir. Belə tədbirlərin, səmimi söhbətlərin şagirdlərin tərbiyəsində çox böyük rolu vardır.