Dərs-ekskursiya

Təhsilalanların fəal öyrənməsinə dəstək verən üsullardan biri kimi dərs-ekskursiya formasını dəyərləndirmək,ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə olan ictimai və mədəni obyektlərin imkanlarından istifadə etmək vacibdir.
Bu mənada məktəbimiz Bakı şəhərində yerləşən Bakı Zooloji Parkının təklif etdiyi öyrənmə mühitini yaxından tədqiq edir.
15.03.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin coğrafiya fənn müəllimi Əzimova Gülnarə keçdiyi mövzuların öyrənilməsinin daha yüksək səmərə verməsi üçün 6-cı və 7-ci sinif şagirdləri ilə birgə Bakı Zooloji Parkına dərs-ekskursiya təşkil etmişdir.
Perspektiv plana uyğun olaraq, tam təhlükəsizlik qaydalarına riayət edilməklə "Canlı aləm təbəqəsi", "Canlı aləminin müxtəlifliyi", "Bitki və heyvanların yaşayış mühiti" adlanan mövzuların belə bir formada öyrənilməsi daha məqsədə uyğun hesab edildi. Dərslər şagirdlər tərəfindən çox maraqla qəbul edildi. Müəllim belə dərsləri mütəmadi plana uyğun keçirəcəyini məqsədə uyğun hesab edir.Dərs-ekskursiya şagirdlərin çox xoşuna gəldi. Zooloji parkda yaradılan şəraitə görə müəllim və şagirdlər parkın əməkdaşlarına öz təşəkkürlərini bildirdilər. Zəngin heyvanat aləmi, dərs-ekskursiyanı maraqlı etdi.