İntelektual yarışma

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə bir neçə silsilə tədbirlər təşkil edilmişdir. Bu tədbirlərdən biri də 14 mart 2023-cu ildə 10-cu sinif şagirdlərindən təşkil olunmuş "Bayraqdar", "Mübarizlər", "İstiqlal" komandaları arasında Breyn-Rinq yarışı keçirildi. Yarışda Gənclərin Hərbi Çağırışa Qədərki Hazırlığı, Azərbaycan tarixi, Zəfər tarixi, Ümumi tarix fənləri üzrə və Tarixi şəxsiyyətlər haqqında suallar şagirdlərə təqdim olundu. Yarışı təşkil edən GHÇQH müəllimi Nəbiyev Çingiz,Tarix müəllimi Məsədibəsirzadə Nüşabə Breyn- rinqin keçirilməsinin məqsədini və şərtlərini iştirakçılara izah etdilər.
Yarışda tarixi filmlərdən olan kadrlar nümayiş olundu, kadrlarla bağlı suallar komandalar tərəfindən cavablandırıldı. Bundan başqa 44 günlük müharibə dövründə Azərbaycan ordusunun uğurla keçirdikləri əməliyyatlardan, Azərbaycan tarixində silinməz izlər buraxan tarixi şəxsiyyətlər, hərb tarixində olan döyüş taktikaları haqqında olan sualları cavablandırdılar
Çox maraqlı keçən Breyn-rinqin sonunda nəticələr elan olundu, komandalar fəxri fərmanla təltif olundular.