Elegiya

13 mart 2023 -cü il tarixdə Nizami adına Mədəniyyət Mərkəzində "Heydər ili " ilə əlaqədar "Elegiya" adlı şeir müsabiqəsi keçirilmişdir.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Müsabiqədə Xəzər rayonunda yerləşən H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlərlə çıxış etmişlər.
Müsabiqədə münsiflər heyətinin üzvləri-Azərbaycan Yazıçılar Birliyinin üzvü şair qəzəlxan Zaur Rəxşan,Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü şairə - publisist Gülarə Munis, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Yurd" elmi- ədəbi bədii publisist jurnalının şöbə müdiri şairə publisist Almaz Alı qızı, Azərbaycan jurnalistlər Birliyinin üzvü şair publisist Allahverdi Qiyaslı iştirak etmişlər.
I yeri H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 7E sinif şagirdi Mayılova Zəhra,
II yeri 6B sinif şagirdi Rzayeva Fatimə , III yeri 7E sinif şagirdi Quliyeva Gülay tutmuşlar.
Nizami adına Mədəniyyət Mərkəzi tərəfindən qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.