Heydər Əliyev irsini öyrənirik

    Nə qədər ki, Azərbaycan var, nə qədər ki, bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

    H.Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar “Ulu Öndərin irsini öyrənirik” mövzusunda IX sinif şagirdləri arasında Breyn-Ring yarışı keçirildi. Yarışı təşkil edən məktəbin coğrafiya fənn müəllimi Əzimova Gülnarə Breyn-Ringin məqsədini və şərtlərini iştirakçılara izah etdi, onlara uğurlar dilədi. Yarışda şagirdlər çox fəallıqla Ulu Öndərin həyatı və fəaliyyəti haqqında olan bilik və bacarıqlarını nümayiş etdirdilər. Çox maraqlı keçən Breyn-Ringin sonunda nəticələr elan olundu. I yerə IX b sinfi, II yerə IX d sinfi, III yerə IX a və IX c sinifləri layiq görüldü. Məktəbin direktoru Sevinc Mustafayeva şagirdləri təbrik etdi, onları fəxri fərmanla təltif edib, gələcəkdə keçiriləcək yarışlarda müvəffəqiyyətlər arzuladı. Sonda “Davam” Gənclər Hərəkatının Protokol rəhbəri Mirzəyev Heydər çıxış etdi. O qeyd etdi ki, dövlət gənclər siyasəti hər bir gəncin öz bilik və bacarığını, təbii potensialını effektli reallaşdırması, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılmasını tələb edir. O, məktəb rəhbərliyinə təşkil olunan bilik yarışına görə təşəkkürünü bildirdi və qeyd etdi ki, hər bir şagird, hər bir gənc Ulu Öndərin irsini öyrənir, vətəninin layiqli vətəndaşı olmağa çalışır. Bu yolda onlara uğurlar olsun.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi