3c sinfində nümunəvi dərs

    Millət olmağımıza imkan yaradan, milli birliyimizi gücləndirən amillərdən biri də insanların ana dilidir. Ana dili bizim üçün çox önəmli və dəyərlidir. Biz ona sahib çıxmalıyıq, qorumalıyıq inkişaf etdirməliyik. Bunun üçün bizim üzərimizə vacib vəzifələr düşür. Dilimizin şirinliyini,saflığını göz bəbəyi kimi qorumalı, keşiyində ayıq-sayıq dayanmalıyıq.

    03.03.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Ana dili aylığı çərçivəsində məktəbin ibtidai sinif müəllimi Babayeva Gülarə 3c sinfində "Qaraca çoban" mövzusunda nümunəvi dərs təşkil etdi

    Dərs zamanı insanın hünər göstərib ad qazanması üçün hansı xüsusiyyətlərə malik olması müzakirə olundu.

Dədə Qorqudun Qaraca çobanı öyməsi hissəsi səhnələşdirildi. Sonda dərsin yaradıcı tətbiqetmə mərhələsində şagirdlər həyatda hünər göstərib ad qazanan insanlar haqda danışdılar və öz hünərlərini göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi