Bu da belə bir ömürdü

    Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyinə həsr olunmuş "Bu da belə bir ömürdü..." adlı tədbir təşkil olundu.

Tədbirdə Xalq şairi Məmməd Arazın müxtəlif illərdə yazdığı şeirləri böyük sevgi və məhəbbətlə söylənildi.

    Məktəbin direktoru Sevinc xanım Mustafayeva vətənpərvərlik, azadlıq ideyası ilə yoğrulmuş Məmməd Araz poeziyasının gənc nəsillər üçün örnək olduğunu, hər zaman öz aktuallığını saxladığını bildirdi.

    Çıxış edənlər şairin Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən bəhs edərək şairin şeirlərindən parçalar, sözlərinə yazılmış mahnılar səsləndirilməklə tədbirə daha gözəl ovqat qatdılar.

    Xalq şairinin qızı İradə xanım Tuncay, millət vəkili, yazıçı-publisist Aqil Abbas ,Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə xanım Əhmədova və Rayon İcra Hakimiyyəti nümayəndəsi Ofeliya xanım Məmmədzadə tədbirin təşəbbüskarı və təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi