QİSASI ALINMIŞ XOCALIM!

    Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi.

    Xocalı faciəsi təsadüfi hadisə deyil, bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.

    Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.

    Xocalı soyqırımından artıq 31 il keçir.Bu münasibətlə 24.02.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi İ.Aynurə 5a sinif şagirdləri ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil etdi. Dəyirmi masada şagirdlər Xocalı soyqırımı haqqında topladıqları məlumatları təqdim etdilər. Onları maraqlandıran suallar ətraflı cavablandırıldı. Xocalı soyqırımına həsr olunmuş videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi