Xocalı əsrin bəlası

    26 fevral 1992-ci sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə - eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər.

    Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eybi zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdi.

    Bununla əlaqədar hər il olduğu kimi 23.02.2023-ci il tarixdə H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş "Xocalı əsrin bəlası" adlı tədbir təşkil olundu.

    Tədbirdə şagirdlərə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirildi, şeirlər söylənildi, səhnəciklər göstərildi. Xocalı faciəsinə həsr olunmuş mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi