Ana dili milli qürurumuz

    Azərbaycan dili Azərbaycan xalqının varlığıdır. Min ildən artıq tarixi olan bu dildə nə qədər gözəl əsərlər yaranmış,nə qədər hikmətli fikirlər söylənmişdir. Azərbaycan dili ecazkar bir dildir. Azərbaycan dili haqqında yazıçı Mirzə İbrahimovun fikri çox maraqlıdır. O yazır: "Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları,dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur."

    Ana dili bizim həyatımız, inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır.

    21.02.2023-cü il tarixdə Ana dili aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Q.Tamirə 6b sinfində nümunəvi dərs təşkil etdi. Dərsin mövzusu "Qoca aşpaz", məqsəd şagirdlərin dinlədiyi mətndəki məlumatları ümumiləşdirməklə əsas fikri müəyyən etmələri idi. Şagirdlər qruplara bölündü. Mətn oxunduqdan sonra əsərin ideyası üzərində iş aparıldı. Sonda dərsdə reallaşdırılan standartlara uyğun qiymətləndirmə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi