Dilimiz mənəviyyatımız

    Ana dilimiz milli-mənəvi dəyərimiz, varlığımız və bütövlüyümüzün təcəssümüdür. Dil xalqın mənəviyyatı, onun ruhu, ürəyinin güzgüsüdür. Sahib olduğumuz sərvətlər içərisində dil ən qiymətlisidir. Hər xalqın öz dili var. Təcrübə göstərir ki, ana dilini unudan xalqlar sonda məhvə məhkum olur.

    Azərbaycan xalqı tarix boyu öz dilini mühafizə edib saxlamış, göz bəbəyi kimi qorumuşdur. Dövlət dilimiz olan Azərbaycan dili zaman-zaman inkişaf edib, zənginləşib. Dilimiz zəngin lüğət tərkibinə, mükəmməl qrammatik quruluşuna, ifadə vasitələrinə malikdir.

    20.02.2023-cü il tarixdə Ana dili aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi M. Vəfa 7a sinfində nümunəvi dərs təşkil etdi. Dərsdə Hikmət Ziyanın "Kərgədan və qarışqa" təmsili təhlil olundu, zəhmətdən, hünərdən söz açıldı.

"Zəhmətsiz hünər olmaz" fikri təlqin olundu. Yaradıcı tətbiqetmə mərhələsində isə hər qrup öz yaradıcı işini təqdim etdi.

    Nümunəvi dərsin sonunda qrup üzvlərindən biri qarışqanın dilindən həyatda ünsiyyətcil, fədakar və bir olmaq mesajını biz insanlara məktub olaraq çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi