4b sinfində nümunəvi dərs

    Dil millətin təsdiqi, onun milli varlığını müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan, söhbət düşəndə, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa demək həmin xalqın özü də yoxdur.

Hər bir azərbaycanlı unutmamalıdır ki, xalqımızı dünyada tanıdan ana dilimizdir.

    Azərbaycan müstəqil dövlətdir. Təbii ki,onun dövlət dili haqqındakı qanunları da realdır və hər birimizin bu qanunlara ciddi riayət etməyimiz ən ülvi borcumuzdur.

20.02.2023-cü il tarixdə məktəbin ibtidai sinif müəllimi Q.Səlimə 4b sinfində ana dili fənnindən "İki nar" mövzusu üzrə nümunəvi dərs təşkil etdi. Dərsin mövzusuna uyğun olaraq "Əsl dost kimdir və necə olmalıdır?" sualı müzakirəyə qoyuldu.

    Şagirdlər 6 nəfər olmaqla 4 qrupa ayrıldılar. Şagirdlər dost olmağın meyarlarını sadaladılar. Qruplarla işlərin təhlil və müzakirəsindən sonra hekayənin canlı səhnələşdirilməsi baş tutdu.

Müəllimin dostluq haqqında kəlamlar deməsi və Azərbaycan Türkiyə qardaşlığını önə çəkməsilə dərsə yekun vuruldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi