4 d sinfində nümunəvi dərs

    Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük sərvətlərindən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Dilini itirən xalq məhvə məhkumdur. Doğma ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir.

16.02.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Ana dili aylığı çərçivəsində məktəbin ibtidai sinif müəllimi Q.Aynur rəhbəri olduğu 4d sinfində nümunəvi dərs təşkil etdi.

    Dərsin mövzusu S.S.Axundovun "Qaraca qız" əsəri idi. Bu dərsdə şagirdlər obrazlar üzərindən çıxış edərək əsl insanın tolerant, humanist, fədakar, əsl dost olduğunu nümunələrlə göstərdilər.

Sonda bütün bütün dünya uşaqlarına sülh, əmin-amanlıq, xoşbəxtlik, sevgi mesajları göndərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi