Erkən nikah və onun fəsadları

    Bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.

    Belə halların qarşısının vaxtında alınması məqsədilə 15.02.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə "Erkən nikah və onun fəsadları" adlı maarifləndirici tədbir təşkil olundu. Tədbirdə məktəbin psixoloqu A.Əsgərova, UBTR Ş.Orucova, məktəbin tibb bacısı çıxış etdilər.

    Onlar erkən nikahın yaratdığı problemlərdən şagirdlərə ətraflı məlumat verdilər. Şagirdləri maraqlandıran sualları ətraflı cavablandırdılar. Sonda şagirdlərin geniş marağına səbəb olan videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi