Ana dili xalqımızın mənəvi beşiyidir

    Ana dili hər bir xalqın,millətin varlığı,kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir.Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir

14.02 2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Ana dili aylığı çərçivəsində məktəbin ibtidai sinif müəllimi M.Lalə rəhbəri olduğu 3a sinfində nümunəvi dərs təşkil etdi.

    Dərsin mövzusu görmə məhdudiyyətli insanlar üçün tərtib edilmiş "BRAYL ƏLİFBASI" idi.Bu dərsdə şagirdlər əngəlləri aşaraq uğur qazanan insanlar haqqında apardıqları araşdırmalarını təqdim etdilər.Müzakirələr zamanı fiziki məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası,əlilliyin cəmiyyət üçün əngəl olmaması barədə fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi